Oliver Jiru Dunya Cempionati ucun Arsenaldan imtina edecek, London

Oliver Jiru Dünya Çempionatı üçün Arsenaldan imtina edəcək

  • 11 Dekabr 2017, 22:53

"Demək olar hər gün ağlımda Dünya Çempionatı var. Meydançaya çıxdığım hər an Dünya Kuboku şansımı artırmaq üçün çalışıram".
 
Sportlife.az xəbər verir ki, bu sözləri "Arsenal"ın fransız üzvü Oliver Jiru deyib. "L'Equipe"ə danışan 31 yaşlı hücumçu daha çox forma şansı əldə edə bilməyəcəyi halda yanvarda "topçular"dan ayrılacağını deyib:
 
"Ötən yay komandadan ayrılmadımsa, bu kifayət qədər forma şansı əldə edə bildiyim üçün idi. Sadəcə ayrılmış olmaq üçün ayrılmaq əlbətdə doğru deyil. Ancaq yanvarda bu sualı özümə bir daha verəcəyəm. Bu vəziyyətdə doğru çarəni tapıb doğru qərarı vermək asan deyil. Ancaq seçimləri dəyərləndirəcəyəm".
 
Qeyd edək ki, Oliver Jiru bu mövsüm "Arsenal" forması ilə cəmi 8-i "ilk 11" olmaqla ümumilikdə 22 qarşılaşmada meydana çıxıb. Bu qarşılaşmalarda 7 dəfə topu rəqib qapısından keçirib.

Paylaş: