Pep Qvardiola hedeledi: Onlari oldurerem!, Manchester city

Pep Qvardiola hədələdi: Onları öldürərəm!

  • 20 Noyabr 2017, 23:33

"Mançester Siti" Premyer Liqada uğurlu çıxışını davam etdirir. Sportlife.az xəbər verir ki, turnir cədvəlində lider olan "şəhərlilər" ən yaxın izləyicisi "Mançester Yunayted"lə xal fərqini 8-ə çatdırıb.
 
Mətbuata açıqlama verən baş məşqçi Pep Qvardiola oyunçularının arxayınlaşmayacağına əmindi. Qvardiola bunun baş verməməsi üçün hətta onları hədələməkdən belə çəkinmir:
 
"Oyunçularımda hər hansı bir rahatlama və ya arxayınlıq olmayacaq, çünki onların baş məşqçisi mənəm. Belə bir şey olmayacaq. Onları öldürərəm! Arxayınlıq mənim komandalarımda olmaz. Pis oynaya bilərlər. Bizi məğlub edən komandalar da olacaq. Ancaq istək və əzim barədə bir problem yaşanmaz".

Paylaş: