15 Noyabr 2017, 00:09
210
Pol Le Quen millimizin üzvünü istəmir: Getməlidi!

Azərbaycan millisinin futbolçusu Dəniz Yılmaz “Bursaspor”a lazım deyil.

Sportlife.az xəbər verir ki, bu haqda məlumatı yayan Türkiyə mətbuatı komandanın fransalı baş məşqçisi Pol Le Quen hücumçumuzun xidmətində maraqlı olmadığını bəyan edir.

Yılmazın adı mütəxəssisin göndərəcəyi futbolçular siyahısında ilk olanlardandı. Klub rəhbərliyi də Dənizı artıq özünə komanda tapmaq göstərişini verib. 

Yığmamızın heyətində 2 matç keçriən 28 yaşlı Yılmaz bundan əvvəl də heyətdən kənarlaşdırılmış, ancaq məhz Le Quenin istəyi ilə yenidən əsas komandaya qaytarılmışdı. Onun klubla 2019-cu ilə kimi müqaviləsi var. 

BÜTÜN XƏBƏRLƏR
ARXİV