PSG daha bir fantastik transfere hazirlasir, lazio

PSJ daha bir fantastik transferə hazırlaşır

  • 20 Dekabr 2017, 03:01

Arxada qalan yay Neymarı 222 milyon avro qarşılığında heyətinə qataraq futbol tarixinin ən bahalı keçidini reallaşdıran PSJ yanvarda da daha bir fantastik keçidə hazırlaşır.
 
Sportlife.az xəbər verir ki, Neymara xərclənən qədər olmasa da Paris təmsilçisi bu transfer üçün də astronomik sayıla biləcək bir məbləğ ayırıb. Klubun hədəfindəki oyunçu isə "Latsio"nun serbiyalı üzvü Serqey Milinkoviçdi. Baş məşqçi Unai Emeri rəhbərlikdən, artıq 35 yaşına gəlmiş Tiaqo Mottanın əvəzinə yeni yarımmüdafiəçi istəyib. PSJ də 22 yaşlı Milinkoviçi gündəminə alıb.
 
İddiaya görə Fransa nəhəngi mövsümün əvvəlində də gənc ulduzu heyətinə qatmağa çalışıb. O zaman "Latsio"nun prezidenti keçid qarşılığında 70 milyon avro tələb etsə də PSJ Neymara görə bu transferi təxirə salıb. Ancaq bu dəfə parislilər istəyinə çatmaq üçün kassasından 80 milyon avro ayırıb.
 
Qeyd edək ki, Serqey Milinkoviç cari mövsümdə "Latsio" forması ilə hələ ki, 21 matçda meydana çıxıb və 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş: