Qadin hakim yeni movsumden Bundesliqa oyunlarinda fit calacaq - almaniya - qadin klubu

Qadın hakim yeni mövsümdən Bundesliqa oyunlarında fit çalacaq

  • 18 May 2017, 20:20

 Almaniya Bundesliqasında oyunları idarə edəcək hakimlər arasında qadın hakim də yer alacaq.

 Sportlife.az xəbər verir ki, gələn mövsümdən etibarən Bibiana Ştaynxaus da oyunlara baş hakim kimi təyinat alacaq. O, bu vaxtadək oyunlara laynsman və dördüncü hakim kimi təyin olunurdu.

 Qeyd edək ki, 38 yaşlı Bibiana hakimliklə yanaşı həm də polisdi.

 

 


Paylaş: