Qalatasaray istəyinə çatdı, sari-qirmizililar fransiz esilli futbolcunu 11.5 milyon avroya transfer edib.

Qalatasaray istəyinə çatdı

  • 16 İyun 2017, 17:38

Qalatasaray klubu ilk səs-küylü transferini reallaşdırıb.

Sportlife.az xəbər verir ki, İstanbul təmsilçisi uzun müddət danışıqlar apardığı Bafetimbi Qomislə anlaşıb. Müqavilə ilə məxsus olduğu "Suonsi" klubuna 2,5 milyon avro transfer haqqı ödəyən "sarı-qırmızılılar" Qomislə 3 illik müqavilə imzalayacaq. Seneqal əsilli fransız futbolçu yeni klubunda 3 milyon avro maaş alacaq.

 Beləliklə, Qomisin keçidi "Qalatasaray"a 11,5 milyon avroya başa gələcək.


Paylaş: