Galatasarayin bas mesgci postuna surpriz namized, slaven bilic

Qalatasarayın baş məşqçi postuna sürpriz namizəd

  • 20 Dekabr 2017, 22:15

"Qalatasaray"da boş qalan baş məşqçi postu üçün namizədlərin adları mətbuatda yazılıb-pozulmağa davam edir. Sportlife.az xəbər verir ki, onların arasına sürpriz bir ad da əlavə edilib.
 
Söhbət Slaven Biliçdən gedir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Qəzetin iddiasına görə "Qalatasaray" rəhbərliyi Loran Blan, Ronald Koeman və Fatih Terimlə yanaşı 49 yaşlı xorvatiyalı mütəxəssisi də gündəminə alıb.
 
Blan İstanbul nəhənginin qarşısına çox ağır şərtlər qoyub. Koeman iyunadək dincəlmək istədiyini deyib. Terim barədə də rəhbərlikdə fikir ayrılığının olması "sarı-qırmızı"lıları Bilic variantı üzərində dayanmağa məcbur edib. Artıq təcrübəli mütəxəssislə üç dəfə görüş keçirilib. Bilis "Qalatasaray"dan düşünmək üçün vaxt istəyib.
 
Xatırladaq ki, daha əvvəl "Beşiktaş"ı da çalışdıran Slaven Bilicin son iş yeri İngiltərə Premyer Liqasından "Vest Hem" olub.

Paylaş: