14 Noyabr 2017, 23:56
127
Qalatasarayın qış planı: 3 yerli, 1 legioner!
"Qalatasaray" qış transfer dövrü öncəsi çalışmalarını sürətləndirib. Sportlife.az xəbər verir ki, artıq gələcək və gedəcək oyunçuların adları müəyyənləşdirilib.
 
"sarı-qırmızı"lılar ümumilikdə 4 futbolçunu heyətinə qatmağı planlaşdırır. Baş məşqçi İqor Tudorun istəyi ilə hazırlanan siyahıda Arda Turan, Asamoah, Emre Akbaba və Kaan Ayhanın adı yer alıb.
 
Yolların ayrılacağı futbolçu sayı daha çoxdu. Belə ki, İstanbul nəhəngi hazırkı heyətdən altı üzvü ilə yola davam etməyəcək. Bu oyunçulardan Hakan Balta, Niqel de Yonq, Rayn Donk, Emrah Başsan və Tarık Çamdalla komandanı birdəfəlik tərk edəcək. Sinan Gümüş isə icarəyə veriləcək.
 
Xatırladaq ki, "Qalatasaray" hazırda, liqada arxada qalan 11 turdan sonra turnir cədvəlində 26 xalla vahid liderdi.
BÜTÜN XƏBƏRLƏR
ARXİV