Galatasarayin yeni bas mesgcisi kim olacag?, ronald koeman

Qalatasarayın yeni baş məşqçisi kim olacaq?

  • 19 Dekabr 2017, 22:15

İqor Tudorla yollarını ayıran "Qalatasaray"da yeni baş məşqçi axtarışları davam edir. Sportlife.az xəbər verir ki, artıq bu posta əsas namizəd və alternativləri müəyyənləşdirilib.
 
"Sarı-qırmızı"lı rəhbərliyin ilk seçimi hollandiyalı mütəxəssis Ronald Koemandı. Prezident Dursun Özbeyin göstərişi ilə 54 yaşlı mütəxəssislə görüşülüb və artıq danışıqlara başlanılıb. Əgər razılıq əldə olunarsa qış fasiləsində mövsümün ikinci hissəsi üçün bütün planlar Koemanla birlikdə cızılacaq.
 
Son olaraq "Everton"u çalışdıran Ronald Koeman daha əvvəl "Southempton", "Feyenord", "Alkmaar", "Valensiya", PSV, "Benfika", "Ajaks", "Vitesse", "Barselona" və Hollandiya yığmasına rəhbərlik edib.
 
"Qalatasaray" Koemanla danışıqlar uğursuz nəticələnərsə yenə xarici mütəxəssislərdən Loran Blan, yerli çalışdırıcılardan isə Fatih Terimə yönəlinəcək.

Paylaş: