Qarabağ bu təklifə hansı cavabı verəcək?

Qarabağ bu təklifə hansı cavabı verəcək?

  • 24 Noyabr 2017, 18:27

“Qarabağ”ın hücumçusu Dino Ndlovunun adı artıq xarici klublarla hallanmağa başlayıb.


Sportlife.az xəbər verir ki, Cənubi Afrika mətbuatı Dinonun karyerasını Rumıniyanın ÇFR klubunda davam etdirə biləcəyini yazıb. Xəbərdə sözügedən klubun forvardla yaxından maraqlandığı bildirilir. Ndlovunun “Qarabağ”la 6 aylıq müqaviləsinin qaldığı, Kluj təmsilçisinin yanvarda 27 yaşlı hücumçu ilə danışıqlara başlamağı planlaşdırdığı qeyd edilib.

Xatırladaq ki, CAR millisinin də üzvü olan hücumçu ötən ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, cari mövsümdə şans qazandığı 21 oyunda 8 qol vurub.

ÇFR hazırda Rumıniyanın yüksək liqası olan A Divizionunda 18 turdan sonra 40 xalla liderdi.


Paylaş: