Qarabağa qarşı oynamış futbolçu içki və siqaretə görə cəzalandı

Qarabağa qarşı oynamış futbolçu içki və siqaretə görə cəzalandı

  • 4 Yanvar 2018, 17:36

İtaliyanın “Roma” klubu belçikalı yarımmüdafiəçisi Raca Naynqqolanı cəzalandırıb. Sportlife.az xəbər verir ki, buna sözügedən futbolçunun yeni il gecəsi idmançıya yaraşmayan hərəkətlərə yol verməsi səbəb olub.

Belçikalı yarımmüdafiəçi həmin gecə alkoqol qəbul edib, siqaret çəkib, üstəlik, qeyri-etik ifadələr işlədib. Ən maraqlısı isə onun bütün bunları “İnstaqram” hesabından canlı yayımla etməsi olub.

Azarkeşlərin reaksiyası onu bir neçə saat sonra videonu silməyə, üzr istəməyə məcbur etsə də, bu, heç nəyi dəyişməyib. Naynqqolanın bu cür davranışı klubu tərəfindən sərt qarşılanıb. Paytaxt təmsilçisi futbolçunu 100 min avro cərimə edib. Bu azmış kimi, o, yanvarın 6-da A Seriyası çərçivəsində keçiriləcək “Atalanta” ilə oyunda iştirakdan da məhrum edilib.

Xatırladaq ki, “Roma” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la bir qrupda mübarizə aparırdı.


Paylaş: