Qarabagin forvardi burkina Faso ile oyuna cagirildi

Qarabağın forvardı Burkina Faso ilə oyuna çağırıldı

  • 20 Sentyabr 2017, 15:32

"Qarabağ"ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) yığmasına dəvət alıb.

Sportlife.az xəbər verir ki, Stuart Baksterin DÇ-2018-in seçmə mərhələsinin Burkina Faso ilə oktyabrın 7-də baş tutacaq ev oyunu üçün açıqladığı heyətdə Ağdam klubunun forvardının da adı var. 

Xatırladaq ki, Ndlovu uzun müddət idi ki, milli komandaya dəvət alımırdı.


Paylaş: