Rahim Sterling irqci hucuma meruz galdi, manchester city

Rahim Sterlinq irqçi hücuma məruz qaldı

  • 19 Dekabr 2017, 22:34

"Mançester Siti"nin yamakya əsilli ingilis üzvü Rahim Sterlinq xoşagəlməz hadisə ilə üzləşib. Sportlife.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçiyə irqçi hücum edilib.
 
Bu barədə ingiltərə mətbuatı məlumat yayıb. Hadisə ötən şənbə günü "Tottenhem"lə oyun (4:1) öncəsi klubun bazasının qarşısında baş verib. Sözügedən yerdə gözləyən bir nəfər gənc ulduzu irqçi sözlərlə təhqir edib və ona hücum çəkərək təpik vurub. Hadisədən sonra Sterlinq həmin adamı polisə şikayət edib. Klub isə video görüntüləri sübut kimi polisə təhvil verib.
 
Mançester polisinin verdiyi məlumata görə artıq Rahim Sterlinqə hücum çəkən həmin şəxs yaxalanıb və barəsində cinayət işi açılıb.

Paylaş: