Real Madrid meni 14 yasimdan beri isteyir

Real Madrid məni 14 yaşımdan bəri istəyir

  • 15 İyun 2017, 12:00

"Madrid klubu məni 14 yaşımdan bəri istəyir. Bu məni şad edir".

Sportlife.az xəbər verir ki, bu sözlər “Monako”nun gənc futbolçusu Kilian Mbappeyə aiddir. Hansı klubda oynayacağını müəyyənləşdirmədiyini bildirən Fransa millisinin 18 yaşlı hücumçusu qərarını istirahətdən qayıtdıqdan sonra verəcəyini açıqlayıb:

"Ailəmlə birlikdə istirahətə yollanıram, qayıtdıqdan sonra bu barədə qərar verəcəm. Azad agent olmadığıma görə, klubumun bu barədə hansı qərarı verəcəyi önəmlidi. "Monako" ilə müqaviləm var. Nə olacağını zaman göstərəcək".

Qeyd edək ki, Mbappenin transferi uğrunda “Real” , “Liverpul”, PSJ və “Arsenal” klubları mübarizə aparır.


Paylaş: