Real gapici transfer edir: Razilig elde olundu, Madrid

Real qapıçı transfer edir: Razılıq əldə olundu

  • 11 Dekabr 2017, 22:15

Madrid "Real"ı heyətinə yeni oyunçu qatmağa hazırlaşır. Sportlife.az xəbər verir ki, "kral klubu" qapıçı mövqeyini gücləndirməyə hazırlaşır.
 
"Atletik Bilbao"dan Kepa Arrisabalaqanın transferi üçün çalışmalara başlanılıb. Bu barədə "Marca" nəşri məlumat yayıb. Qəzetin iddiasına görə 23 yaşlı ispaniyalı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq. Ancaq "Real" rəhbərliyi gənc istedadı yanvarda sıralarına qata bilmək üçün Bilbao təmsilçisinə 25 milyon avro ödəyəcək. Arrisabalaqanın özü ilə isə illik 2.5 milyon avrodan razılıq əldə edilib.
 
İspaniya nəhənginin, transferi FİFA Klublar Dünya Çempionatından sonra rəsmən açıqlaması gözlənilir.

Paylaş: