Rivaldo: Messi dunyanin en yaxsisidi, ancag Ronaldo..., barcelona

Rivaldo: Messi dünyanın ən yaxşısıdı, ancaq Ronaldo...

  • 20 Dekabr 2017, 21:06

"Barselona"nın əfsanəvi veteran futbolçusu Rivaldo Messi ilə Ronaldonu müqayisə edib. Sportlife.az xəbər verir ki, Ronaldonun Ballon d`Oru qazanmasına münasibət bildirən braziliyalı keçmiş ulduz, onun buna layiq olduğunu deyib:
 
"Messi dünyanın ən yaxşı futbolçusudu. Ancaq Kristiano Ronaldo "qızıl top" mükafatına layiq idi. Digər tərəfdən Messi ilə birlikdə oynamaq istəyərdim. Bu əla olardı.
 
Xatırladaq ki, 1997-2002-ci illər ərzində "Barselona" forması geyinmiş Rivaldo 1999-cu ildə Ballon d`Oru qazanıb. 2002-ci ildə isə Braziliyanın Dünya kubokunu qazanmasında böyük pay sahibi olub.

Paylaş: