Ronaldodan müsəlmanlara növbəti JEST – FOTO

Ronaldodan müsəlmanlara növbəti JEST – FOTO

  • 18 Fevral 2018, 23:30

 Kriştiano Ronaldo müsəlmanlara növbəti jesti ilə gündəmə gəlib.

Sportlife.az xəbər verir ki, ulduz futbolçu şəxsi İnstagram səhifəsindəki paylaşımı ilə diqqət çəkib. O, müsəlmanlara edilən zülmə etirazını bildirib. Portuqaliyalı ulduz konkret olaraq Rohiqnada yaşayan insanlara qarşı qorakılığa diqqəti yönəldib.

O, sosial şəbəkə hesabında foto paylaşaraq bu sözləri qeyd edib: “Bütün uşaqları sevin. Lütfən onlara kömək edin”.

Xatırladaq ki, Kriştiano Ronaldo tez-tez müsəlmanlarla bağlı atdığı addımlarla gündəmə gəlir. Bununla hətta bəziləri onun müsəlman olduğunu düşünürlər.


Paylaş: