Ronaldodan numunevi addim, Madrid

Ronaldodan nümunəvi addım

  • 26 Dekabr 2017, 00:48

Madrid "Real"ının portuqaliyalı ulduzu Kristiano Ronaldo nümunəvi addım atıb. Sportlife.az xəbər verir ki, Ronaldo növbəti dəfə uşaqların köməyinə çatıb.
 
32 yaşlı hücumçu bu dəfə uşaqlar üçün xəstəxananın inşaasına başlayıb. Ronaldo xəstəxananı italyan iş adamı Alisantro Proto ilə birlikdə Çilidə inşa etdirir. Paytaxt Santiaqo yaxınlarında aparılan tikintinin 2020-ci ildə başa çatması gözlənilir. Bu xəstəxana cənubi Amerikada yaradılacaq zincirin ilk halqası olacaq.
 
Xatırladaq ki, Kristiano Ronaldo daha əvvəl də bir çox dəfə bu cür nümunəvi addımları ilə gündəmə gəlib. 2010-cu ildə 10 yaşlı bir uşağın beyin əməliyyatının, 2012-ci ildə 9 yaşlı uşağın xərçəng xəstəliyinin müalicə xərclərini öz üzərinə götürüb. Bu il isə 2013-cü ildə qazandığı "qızıl top" mükafatını xeyriyyə məqsədi ilə hərracda 600 min funt-sterlinqə satıb.

Paylaş: