Runi gunahini gebul etdi, cezalandirildi, Evertonun...

Runi günahını qəbul etdi, cəzalandırıldı

  • 19 Sentyabr 2017, 09:00

"Everton"un ulduz üzvü Ueyn Runi cəzalandırılıb. Sportlife.az xəbər verir ki, buna 31 yaşlı hücumçunun sərxoş halda avtomobil idarə etməsi səbəb olub.
 
Runi çıxarıldığı məhkəmədə günahını etiraf edib. Hakim yekun qərarında onu 2 il sürücülük hüququndan məhrum edib. Bununla yanaşı Runiyə 100 saat ictimai işlərdə çalışmaq cəzası da verilib.
 
Qeyd edək ki, Ueyn Runi 2019-cu il, fevralın 2-də xüsusi sürücülük təlimindən uğurla keçərsə cəzası 24 həftə azaldılacaq.

Paylaş: