Sağlam Azərbaycan klubu ilə müqavilə bağladı

Sağlam Azərbaycan klubu ilə müqavilə bağladı

  • 20 Yanvar 2018, 00:32

Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın Təbrizin “Traktorsazi” klubuyla razılığa gəldiyi barədə məlumat vermişdik. Sportlife.az xəbər verir ki, 48 yaşlı məşqçi dünən gecə İrana yola düşüb.

Türkiyə mətbuatında yer alan məlumata görə, Sağlam Təbrizdə coşğuyla qarşılanıb. Belə ki, türkiyəli məşqçini hava limanında yüzlərlə “Traktorsazi” azarkeşi qarşılayıb.

Bu gün isə klub rəhbərliyi Sağlamı məscidə aparıb. Türkiyəli mütəxəssis şəhər əhalisi ilə birlikdə cümə namazı qılıb.

Daha sonra o, “Traktorsazi” ilə rəsmi müqavilə bağlayıb. O, Təbriz klubuna mövsümün sonunadək rəhbərlik edəcək. Bunun qarşılığında türkiyəli mütəxəssisin qazancı 380 min dollar olacaq.

Qeyd edək ki, Təbriz təmsilçisi 20 turdan sonra İran çempionatında 11-ci pillədə qərarlaşıb.

 


Paylaş: