Samir Nasri Turkiye yolunda, fransali futbolcunu Antalyaspor oz heyetine qatmaga calisir

Samir Nasri Türkiyə yolunda

  • 19 Avqust 2017, 14:00

Samir Nasri Türkiyə Super Liqasında çıxış edə bilər.

Sportlife.az xəbər verir ki, fransalı futbolçunu "Antalyaspor" öz heyətinə qatmağa çalışır. Pep Qvardiolanın "Mançester Siti"də qalmasını istəmədiyi futbolçuya "Antalyaspor" 2 illik müqavilə və illik 3,5 milyon avro maaş təklif edib. Nasrinin bu təklifə müsbət cavab verəcəyi deyilir.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Sevilya"da oynayan Samir Nasri 2011-ci ildə "Arsenal"dan "Mançester Siti"yə 27,5 milyon avroya transfer olunmuşdu.


Paylaş: