7 Dekabr 2017, 11:00
206
Sosial şəbəkədə ən çox haqqında danışılan 10 məşhur idmançı - MESSİ SİYAHIDA YOXDU

 “Tvitter” sosial şəbəkəsində haqqında ən çox danışılan 10 idmançının siyahısı hazırlanıb.

Sportlife.az xəbər verir ki, İngiltərənin “Daily Mail” nəşrinin hazırladığı siyahıya irland döyüşçü Konor Makqreqor başçılıq edir. Onu “Mançester Yunayted”in və Fransa millisinin futbolçusu Pol Poqba izləyir.

3-cü sırada isə belçikalı hücumçu Romelu Lukaku yer alıb. Dünya futbolunun əsas simalarından olan Kriştiano Ronaldo siyahıda 8-ci sırada qərarlaşıb.

 Lionel Messinin adı isə ümumiyyətlə, ilk onluqda belə yoxdu. Siyahını təqdim edirik:

 

1. Konor Makqreqor (döyüşçü, peşəkar boksçu)
2. Pol Poqba (futbolçu)
3. Romelu Lukaku (futbolçu)
4. Joze Mourinyo (futbol məşqçisi)
5. Floyd Meyvezer (boksçu)
6. Ueyn Runi (futbolçu)
7. Neymar (futbolçu)
8. Kriştiano Ronaldo (futbolçu)
9. Filippe Koutinyo (futbolçu)
10. Arsen Venger (futbol məşqçisi)