15 Noyabr 2017, 04:00
163
Tarixi uğursuzluğun məntiqi nəticəsi: İstefa verəcək!
Bildiyiniz kimi 2018 Dünya Çempionatının seçmə mərhələsində ən böyük sürpriz İtaliyanın mundialdan kənarda qalması olub. Sportlife.az xəbər verir ki, ilk matçda, səfərdə İsveçə minimal hesabla boyun əyən italyanlar doğma divarlar arasındakı cavab qarşılaşmasında sükutu poza bilməyib (0:0). Beləcə İtaliya yığması 1958-ci ildən sonra ilk dəfə Dünya Çempionatında iştirak edə bilməyəcək.
 
Bu tarixi uğursuzluq gözlənilən nəticəyə gətirib çıxarıb. Baş məşqçi Ciampiero Ventura istefa verəcəyini açıqlayıb. O, matçdan sonra jurnalistin bu barədə sualına "bəli" cavabını verib.
 
"Sky İtaliya" nəşri İtaliya Futbol Federasiyasının qarşılıqlı razılaşma əsasında 69 yaşlı mütəxəssislə müqaviləni ləğv edəcəyini yazıb. Ventura buna görə 700 min avro təzminat alacaq.
BÜTÜN XƏBƏRLƏR
ARXİV