Təbriz klublarından məğlubiyyət

Təbriz klublarından məğlubiyyət

  • 30 Dekabr 2017, 12:07

Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçına çıxıb.

“Traktorsazi” səfərdə “Persepolis”lə qarşılaşıb və məğlubiyyətlə üzləşib - 0:2.

Təbrizin digər təmsilçisi “Göstəriş” də evdə “Zobahan”a uduzub - 0:1.

“Göstəriş” hazırda 23 xalla 16 klub arasında 9-cu, “Traktorsazi” isə 20 xalla 10-cu pillədə qərarlaşıb.


Paylaş: