Tomas Muller Besiktas barede ehtiyatli danisdi, bavariya

Tomas Müller Beşiktaş barədə ehtiyatlı danışdı

  • 20 Dekabr 2017, 22:53

"Bavariya"nın almaniyalı üzvü Tomas Müller Çempionlar Liqasının 1/16 final mərhələsindəki rəqibləri "Beşiktaş" barədə danışıb.
 
Sportlife.az xəbər verir ki, ehtiyatlı açıqlaması ilə diqqət çəkən 28 yaşlı hücumçu sadəcə kağız üzərində favorit olduqlarını deyib: "Kağız üzərində Avropanın digər böyük klubları ilə müqayisədə daha asan bir komanda ilə rəqib olduq. Ancaq yenə də turu keçmək üçün ən yaxşı oyunumuzu nümayiş etdirməliyik. Xüsusiylə səfər matçında çox diqqətli olmalıyıq".
 
Xatırladaq ki, bu komandalar arasında ilk oyun fevralın 20-də, Bavariyada keçiriləcək və matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də çalınacaq.

Paylaş: