Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
6 Yanvar 2018, 09:49
84
Traktorsazi xal itkisi ilə üzləşdi

Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçına çıxıb.

“Traktorsazi” doğma meydanda “İstiqlal”la qarşılaşıb. Matç qolsuz bərabərliklə nəticələnib.

Təbrizin digər təmsilçisi “Göstəriş” isə səfərdə “Sepidrood”u məğlub edib.

“Göstəriş” hazırda 26 xalla 16 klub arasında 8-ci, “Traktorsazi” isə 21 xalla 10-cu pillədə qərarlaşıb.