Traktorsazi yenə məğlub oldu

Traktorsazi yenə məğlub oldu

  • 18 Yanvar 2018, 20:26

Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçına çıxıb.

“Traktorsazi” doğma meydanda “Saypa” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç Təbriz klubunun məğlubiyyəti ilə başa çatıb – 1:2.

Təbrizin digər təmsilçisi “Göstəriş” isə səfərdə lider “Persepolis”lə üz-üzə gəlib. Bu oyunda heç-heçə qeydə alınıb – 1:1.

“Göstəriş” hazırda 28 xalla 16 klub arasında 8-ci, “Traktorsazi” isə 21 xalla 11-ci pillədə qərarlaşıb.


Paylaş: