Traktorsazidə türkiyəli məşqçi

Traktorsazidə türkiyəli məşqçi

  • 18 Yanvar 2018, 13:23

Təbrizin “Traktorsazi” klubunun yeni baş məşqçisi bəlli olub. Sportlife.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisini bundan sonra türkiyəli mütəxəssis Ərtoğrul Sağlam çalışdıracaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 48 yaşlı məşqçinin bu gün axşam İrana gedəcəyi və klubla rəsmi müqavilə bağlayacağı vurğulanıb. Sağlam “Traktorsazi” ilə 11 oyunluq müqavilə imzalayacaq.

Xatırladaq ki, daim İran çempionatında yüksək yerlər uğrunda mübarizə aparan “Traktorsazi” cari mövsümdə uğursuz çıxış edir. Komanda 19 turdan sonra 11-ci pillədə qərarlaşıb.

Onu da qeyd edək ki, Türkiyə mətbuatı son günlərə kimi “Traktorsazi”nin Mustafa Dənizliyə tapşırılacağını yazırdı. Vaxtilə “Xəzər Lənkəran”ı da çalışdırmış bu mütəxəssisin də “Traktorsazi” ilə tam razılığa gəldiyi və müqavilə bağlamaq üzrə olduğu iddia edilirdi.


Paylaş: