Turkiye Superligasinda surpriz ayrilig, Antalyaspor bas...

Türkiyə Superliqasında sürpriz ayrılıq

  • 19 Sentyabr 2017, 12:00

Türkiyə Superliqasında sürpriz ayrılıq yaşanıb. Sportlife.az xəbər verir ki, "Antalyaspor" baş məşqçisiz qalıb.
 
Komandanın çalışdırıcısı Rıza Çalımbay vəzifəsindən gedib. Bu barədə "beIN Sports" məlumat yayıb. İddiaya görə təcrübəli mütəxəssis öz istəyi ilə istefa verib.
 
Qeyd edək ki, liqada arxada qalan 5 turdan sonra aktivinə cəmi 3 xal yazdıra bilən və hələ ki, qələbəyə həsrət olan "Antalyaspor" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Paylaş: