Ulduz futbolcu karyerasini basa vurdugunu acigladi, arsenal

Ulduz futbolçu karyerasını başa vurduğunu açıqladı

  • 21 Dekabr 2017, 00:48

Dünya futbolunda daha bir ulduz sönüb. Sportlife.az xəbər verir ki, bu dəfə çexiyalı Tomas Rosiçkiy yaşıl meydanlarla vidalaşıb. 37 yaşlı yarımmüdafiəçi keçirdiyi mətbuat konfransında karyerasını başa vurduğunu elan edib.
 
Son olaraq Praqanın "Sparta" klubunda çıxış edən Rosiçkiy müqaviləsi mövsümün sonunadək davam etməsinə baxmayaraq performansı qane edici səviyyədə olmadığı üçün belə bir qərar qəbul etdiyini deyib: "Diqqətli bir incələmədən sonra bədənimin professional futbolun tələblərini ödəyə bilməyəcək vəziyyətə gəldiyini anladım. Azarkeşlərə mənə vida fürsəti yaratdıqları üçün təşəkkür edirəm".
 
Xatırladaq ki, karyerası ərzində Dortmund "Borussiya"sı və "Arsenal" kimi nəhəng klubların formalarını uzun illər ərzində geyinən Tomas Rosiçkiy Çexiya yığması ilə də çıxdığı 105 matçda 23 qol vurub.

Paylaş: