Valdes gələn təklifləri rədd etdi və..., İspaniyanin Mundo Deportivo nesri 35 yasli qolkiperin bir cox

Valdes gələn təklifləri rədd etdi və...

  • 18 Avqust 2017, 17:00

“Barselona”nın sabiq qapıçısı Viktor Valdes futbolçu karyerasını başa vurub.


Sportlife.az xəbər verir ki, İspaniyanın "Mundo Deportivo" nəşri 35 yaşlı qolkiperin bir çox klublardan təklif almasına baxmayaraq, futboldan getməyə qərar verdiyini yazıb. Valdes fəaliyyətini televiziya verilişlərinin birində sabiq həmkarlarından müsahibələr alaraq davam etdirəcək.


Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Valdes 2002-2014-cü illər aralığında Kataloniya təmsilçisində 400-ə yaxın oyun keçirib. O, "Barselona" ilə 6 dəfə İspaniya çempionu olub, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb.


Paylaş: