Venger açıqlama verdi ki, guya... - O gündən Arsenala nifrət edirəm

Venger açıqlama verdi ki, guya... - O gündən Arsenala nifrət edirəm

  • 19 Yanvar 2018, 21:31

Emmanuel Adebayor “Arsenal” azarkeşlərinin “Mançester Siti”yə keçdiyinə görə onu "satqın" adlandırmalarına münasibət bildirib.

Sportlife.az xəbər verir ki, o, “Arsenal”dan ayrılaraq, “Mançester Siti”yə keçməsinin səbəblərini açıqlayıb. Karyerasını Türkiyədə davam etdirən futbolçu “Arsenal”ı məhz baş məşqçi Arsen Vengerin təkidindən sonra tərk etdiyini bildirib:

“Vengerin otağında onunla görüşdüm. O, mənə dedi ki, özünə yeni komanda tap. Mən isə qalmaq istədiyimi bildirdim. Venger dedi ki, sənə heç bir şans verməyəcəm, ya getməlisən, ya da ehtiyatda qalacaqsan. Bundan sonra “Mançester Siti”nin təklifini qəbul etmək məcburiyyətində qaldım.

Bir neçə gündən sonra isə Arsen Venger açıqlama verdi ki, guya mən “Mançester Siti”ni pula görə seçmişəm. Azarkeşlər də əleyhimə qalxdılar. O gündən “Arsenal”a nifrət edirəm”.

Qeyd edək ki, Adebayor “Arsenal”da 2006-2009-cu illərdə çıxış edib. O, “topçular”ın heyətində 142 oyun keçirib, 62 qol vurub.


Paylaş: