Volfsburgda yeni bas mesgci teyin olundu, Bundesligada...

Volfsburqda yeni baş məşqçi təyin olundu

  • 19 Sentyabr 2017, 11:00

Bundesliqada baş məşqçi dəyişikliyi yaşanıb. Sportlife.az xəbər verir ki, sözügedən dəyişiklik "Volfsburq"da baş tutub.
 
Bundesliqa təmsilçisi Andryes Jonkenlə yollarını ayırıb. Klub Jenkenseni əvəzləməkdə gecikməyib. Boş qalan baş məşqçi postuna Martin Şmidt təyin olunub. Yayımlanan rəsmi açıqlamada 50 yaşlı isveçrəli mütəxəssislə 2018/19-cu il mövsümünün sonunadək müqavilə imzalandığı bildirilib.
 
Xatırladaq ki, Bundesliqada arxada qalan dörd turdan sonra "Volfsburq" topladığı cəmi 4 xalla turnir cədvəlinin 14-cü pilləsindən qərarlaşıb.

Paylaş: