Xavier Maskerano yeni klubu ilə razılıq əldə etdi
Argentinalı ulduz futbolçu Xavier Maskerano klubu "Barselona"dan ayrılacaq. Sportlife.az xəbər verir ki, 33 yaşlı müdafiəçi karyerasını Çində davam etdirəcək.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. İddiaya görə təcrübəli futbolçu Çinin "Hebei Çina Fortune" klubuna keçəcək. Artıq razılıq əldə olunub. Gələn həftə transferin rəsmən açıqlanması gözlənilir.
Xavier Maskerano yanvarda Çinə yola düşəcək. Onun yeni klubunda illik 7 milyon avro qazanacağı bildirilir.