Zlatan İbrahimovic Cempionlar Ligasinda bir ilki reallasdirdi, Manchester United

Zlatan İbrahimoviç Çempionlar Liqasında bir ilki reallaşdırdı

  • 23 Noyabr 2017, 23:46

Ağır zədə nəticəsində 7 ay yaşıl meydanlardan uzaq qalan "Mançester Yunayted"in isveçli üzvü Zlatan İbrahimoviçin qayıdışı adına layiq olub.
 
Sportlife.az xəbər verir ki, 36 yaşlı hücumçu adını növbəti dəfə futbol tarixinə yazdırıb. O, bu dəfə Çempionlar Liqasında bir ilki reallaşdırıb. Belə ki, "Bazel" - "Mançester Yunayted" matçının son 15 dəqiqəsində meydana daxil olan İbrahimoviç bu turnirdə 7 fərqli komanda ilə çıxış etmiş ilk oyunçu olub.
 
Ulduz futbolçu indiyədək "İnter", "Ayaks", "Milan", "Yuventus", "Barselona", PSJ və "Mançester Yunayted" formaları ilə Çempionlar Liqasında ümumilikdə 119 matça çıxıb. Ancaq hələ ki, kuboku qazana bilməyib.

Paylaş: