6 Dekabr 2017, 17:30
226
AFFA  aşağı yaş qruplarında “lipa” aşkarladı

AFFA-nın bu gün keçirilən İntizam Komitəsinin iclasında aşağı liqalarda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb. Sportlife.az saytı xəbər verir ki, bu gün baş tutan yığıncaqda bir sıra qərarlar verilib.

U-12 Liqasında, “Vətən” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 42-ci dəqiqəsində “Vətən”in futbolçusu Kənan Allahverdiyev, “Neftçi”nin üzvləri Səfər Sadıqzadə və Fərid Şahhüseynli dava-dalaşda iştirak etdiklərinə görə hər üç futbolçu 3 oyunluq cəzalandırılıb.

Boulevard Hotel U-15 Liqasında, “Zaqatala” – “Zirə”  matçında ev sahiblərinin heyətində lisenziyası olmayan futbolçunun iştirak etməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bakcell U-17 liqasında, “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Rasim Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun, görüş bitdikdən sonra “Xəzər Lənkəran”ın icraçı direktoru Hüseyn Cəbrayıloğlu hakimlər briqadasını təhqir etdiyinə görə isə 5 oyunluq cəzalanıb.

U-13 qızlar Liqasında, “Autizmlilərin” İK – “Xırdalan” City matçında “Autizmlilərin” İK komandasının heyətində yaş limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 qızlar Liqasında, “Mingəçevir” - UGİM (Xaçmaz) matçında hər iki komandanın yaş limitini pozmasına görə hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.