Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
14 Fevral 2018, 21:46
109
Amitin Kosovo klubunda debütü təxirə salındı

Futbol üzrə Kosovo Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Sportlife.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin formasını geyindiyi “Drita” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İstoqu” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Amit bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində “Drita” ölkə kubokunun 1/4 final mərhələsinə vəsiqə qazanıb.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK