Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 23:42
67
Aqolli fizioterapevt nəzarətində hazırlaşır

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlığın beşinci gününü iki məşqlə tamamlayıb.

Günün ilk məşqi saat 11:00-da start götürüb və fitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib.

Futbolçu Ansi Aqolli isə çalışmalarını fizioterapevt nəzarəti altında davam etdirib.