Bursaspor Dəniz Yılmazla vidalaşdı

Bursaspor Dəniz Yılmazla vidalaşdı

  • 15 Yanvar 2018, 18:58

Türkiyənin “Bursaspor” klubu Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazla yollarını ayırıb. Sportlife.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçu ilə müqavilənin müddəti qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Xatırladaq ki, 29 yaşlı futbolçu 2016-cı ildən “Bursaspor”un uğurları üçün çalışırdı. O, bu komandada çıxış etdiyi dövr ərzində bir neçə dəfə intizamsızlığa görə əsas komandadan kənarlaşdırılmışdı.

Hücumçunun Türkiyənin “Gənclərbirliyi” klubuyla anlaşacağı gözlənilir.

2016-cı ildən millimizə cəlb edilən Dəniz, 2 oyunda yığmamızın şərəfini qoruyub.


Paylaş: