Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
30 Dekabr 2017, 22:50
604
Daha bir məşqçi Neftçidən ayrılıb Xəzərə keçdi

“Neftçi”nin daha bir məşqçisi komandadan ayrılıb. Sportlife.az xəbər verir ki, söhbət “ağ-qaralar”ın U-19 komandasının qapıçılarla iş üzrə məşqçisi Kamil Qafarovdan gedir.

Artıq onun yeni iş yeri də bəllidir. Belə ki, Qafarov bundan sonra Birinci Divizion təmsilçisi “Xəzər”də çalışacaq. Gənc mütəxəssis bir neçə gün öncə bu komandaya baş məşqçi təyin olunmuş Elşad Əhmədovun yanına gedib.

Xatırladaq ki, Qafarov “Nefçi”nin U-19 komandasından öncə “Rəvan”ın əsas komandasında çalışıb.