Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 12:38
43
Dion Malone: İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm

Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin legioneri Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir. Sportlife.az xəbər verir ki, futbolçu klub televiziyasına açıqlamasında bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir:

“8 həftə əvvəl “Neftçi” ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda komandayla məşqə başlayacam və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm”.