Divizion klublarının duelində 3 qol

Divizion klublarının duelində 3 qol

  • 16 Yanvar 2018, 17:46

Qış təlim-məşq toplanışını davam etdirən "Sabah" hazırlıq çərçivəsində ikinci yoxlama matçını keçirib. Sportlife.az xəbər verir ki, sözügedən klubun rəqibi Birinci Divizionun digər təmsilçisi "Binə" komandası olub.

Binə qəsəbə stadionunda keçirilən qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah”ın heyətində baxışda olan futbolçular - Yakov Qorodov və Şahin Baleljaee fərqlənib. “Binə”nin heyətində isə yeganə qolun müəllifi Comərd Baxşəliyev olub.


Paylaş: