Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Fevral 2018, 15:39
695
Əhmədovun Dneprə vurduğu qol komandasına qələbə gətirdi

Ukraynanın Xarkov şəhərində ənənəvi “Xarkov Cup” futbol turniri keçirilir. Sportlife.az xəbər verir ki, turnirdə azərbaycanlı futbolçu Hüseyn Əhmədovun formasını geyindiyi Xarkov şəhərini təmsil edən “Qelios” klubu da çıxış edir.

Azərbaycanlı futbolçu turnir çərçivəsində keçirilən son 3 oyunda 90 dəqiqə meydanda olub. Klubun U-19 komandasında forma geyinən Əhmədov “Arsenal” (Xarkov), “Dnepr” və “Metallist 1925” klublarına qarşı oyunların iştirakçısı olub. “Dnepr”lə oyunda Hüseyn vurduğu qolla komandasına qələbə qazandırıb.

Xatırladaq ki, 18 yaşlı futbolçumuz “Qelios”a “Qarabağ”dan keçib. O, Ağdam klubundan öncə də Ukraynada Xarkov “Metallist”inin U-17 komandasında oynayıb.

"Kəpəz"in yeni qolkiperi Sergey Litovçenko və keçmiş hücumçusu Yuri Fomenko da “Qelios”un şərəfini qoruyub.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK