Elbrus Məmmədov: Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq

Elbrus Məmmədov: Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq

  • 16 Yanvar 2018, 18:29

“Sumqayıt”ın əvəzediciləri çempionatın ikinci dövrəsinə hazırlığı davam etdirir. Sportlife.az xəbər verir ki, komanda baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında gündə iki dəfə olmaqla doğma stadionda hazırlaşır.

Səhər məşqində əsasən fiziki hazırlığa üstünlük verən məşqçi heyəti axşam hazırlığında isə taktiki gedişlər üzərində çalışır.

Qeyd edək ki, ötən həftə "Xəzər"lə qarşılaşan “Sumqayıt”ın əvəzedici komandası plana əsasən hazırlıq mərhələsində daha 3 yoxlama görüşü keçirəcək. Elbrus Məmmədovun yetirmələri yanvarın 27-də "Şahdağ"la üz-üzə gələcək.

Bu arada komandanın baş məşqçisi klub televiziyasına açıqlamasında hazırlığın gedişindən danışıb. Elbrus Məmmədovun həmin açıqlamasını təqdim edirik:


Paylaş: