Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
12 Yanvar 2018, 17:35
155
Erməni prezident Azərbaycan futbolundan danışdı

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu və “Qarabağ”la bağlı danışıb. Sportlife.az xəbər verir ki, o, Ermənistan futbolunun Azərbaycanla müqayisədə irəli gedə bilməməsinə münasibət bildirib.

Ayrapetyan buna azərbaycanlı iş adamlarının futbolu ermənilərdən daha çox sevməsini səbəb göstərib. O keçirdiyi mətbuat konfransında etiraf edib ki, yaxın illərdə erməni klublarının Azərbaycan çempionu “Qarabağ” kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdu: “ÇL-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdu”.

“Nəyə görə Azərbaycan klubu “Qarabağ” Çempionlar Liqasının qrupuna düşür, amma bizimkilər yox” sualına isə onun cavabı belə olub: “Çünki azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.