Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Fevral 2018, 16:47
1296
Fizuli Məmmədov Neftçi rəsmisiylə əlbəyaxa oldu, 4 futbolçu meydandan qovuldu

U-17 Liqasının son turunda baş tutan “Səbail” – “Neftçi” matçı qalmaqalla yadda qalıb. Sportlife.az xəbər verir ki, dörd qolun qeydə alındığı prinsipial qarşılaşmada (2:2) qonaqlar 2:0 öndə olub.

Lakin bundan sonra “Neftçi”nin iki futbolçusu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Məhz bundan maksimum yararlanan “Səbail” futbolçuları qalan dəqiqələrdə 2 qol vurmaqla məğlubiyyətdən yaxa qurtara biliblər.

Gərgin keçən matçın son dəqiqələrində qonaqların daha bir oyunçusu meydandan qovulub. Ümumiyyətlə, “Neftçi” futbolçuları və ehtiyatda olan oyunçular hakimin bütün qərarlarına sərt şəkildə etirazlar bildiriblər. Bu etirazlar oyun başa çatandan sonra da davam edib. Hakim oyun başa çatdıqdan sonra daha bir “Neftçi” futbolçusuna qırmızı vərəqə göstərib.

Oyunun gedişində tribunada olan “Neftçi”nin administratoru, keçmiş hakim Sabir Hacıyev “Səbail”in baş məşqçisi Fizuli Məmmədova atmaca atıb. Meydan sahiblərinin çalışdırıcısı isə ona sərt şəkildə cavab verib.

Hadisələr bununla da bitməyib. Fizuli Məmmədov “Neftçi"nin administratorunu haqq-hesab çürütməyə çağırıb. Tərəflər əməlli-başlı əbəyaxa olublar. Hər iki klubun işçilərinin müdaxiləsindən sonra ara sakitləşdirilib.

P.S. “Neftçi” futbolçularının bu yaşda etdiklərindən görünən odu ki, klubda həqiqətən nizam-intizam qaydalarına riayət olunmur. Elə “Səbail”in baş məşqçisinin meydandan tribunaya reaksiya verməsi də xoşagələn hal deyil və özünə peşəkar deyən məşqçi bu cür addımlardan çəkinməlidi.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK