,Pogba Monaco futbol idma France Real Bale Juve

Futbol tarixinin ən bahalı transferi

  • 28 May 2017, 11:00

Avropada transfer pəncərəsinin açıq elan olunmasının ardından klublar heyətlərinə yeni oyunçular cəlb etməyə start verib.

Hazırda dünyanın ən bahalı futbolçusu sayılan Paul Poqbanın rekordu (110 milyon avro) qırılmaq üzrədi. Bu ada ən real namizəd kimi Kilian Mbappe göstərilir. "Monako"da çıxış edən ulduz futbolçuya gələn təkliflər arasında avropanın məşhur klublarının adları var. Fransa təmsilçisi isə Mbappeyə 120 milyon avro qiymət qoyub. Bu transfer reallaşarsa futbol tarixinin yeni rekordu qeydə alınacaq.

 Qeyd edək ki, transfer rekordları arasında "Real"ın 101 milyona aldığı Qaret Beyl, "Yuventus"un 90 milyona heyətinə qatdığı Qonzalo Hiquayn kimi ulduzlar var.


Paylaş: