Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
13 Yanvar 2018, 11:16
61
Futbolçumuzun komandası ev oyunundan məğlub ayrıldı

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 20-ci turun oyunları keçirilib. Sportlife.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Almere Siti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Əzizov bu görüşün iştirakçısı olmayıb. Futbolçumuz qarşılaşmanın sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Den Boş" hazırda 28 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.