Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
10 Fevral 2018, 19:37
206
İlin ilk matçı heç-heçə başa çatdı

Bu gün Topaz Premyer Liqada qış fasiləsi başa çatıb. Sportlife.az xəbər verir ki, ölkə çempionatında 3-cü dövrəyə 15-ci turun oyunları ilə start verilib.

Mövsümün ikinci yarısı “Zirə” – “Sumqayıt” oyunu ilə başlayıb. Komandalar turnir cədvəlində qonşu pillələrdə olsalar da, 3-cü yerin sahibi “Zirə” 4-cü pillədə qərarlaşan “Sumqayıt”dan 10 xal irəlidəydi.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma zirəlilər buraxılan qolun əvəzini dərhal çıxıblar. Qalan dəqiqələrdə qapılara baş top vurulmadığından, oyun heç-heçə bitib.

Topaz Premyer Liqa
15-ci tur
10 fevral (şənbə)

"Zirə” – "Sumqayıt” 1:1
Qol: V.İsgəndərli, 40 - T.Axundov, 35.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 8. Milan Duriç (11. Viktor İqbekoyi, 46), 14. Tellur Mütəllimov, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 38. İlkin Muradov, 39. Sadiq Quliyev (77. Mirsahib Abbasov, 46), 88. Elşən Abdullayev (7. Sadio Tounkara, 75).
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov.
Baş məşqçi: Ayxan Abbasov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov (70. Ülvi İsgəndərov, 57), 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev (17. Nicat Qurbanov, 74), 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov (97. Xəyal Nəcəfov, 55).
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 13. Bəhlul Mustafazadə, 25. Süleyman Əhmədov, 39. Tural Bayramlı.
Baş məşqçi: Samir Abasov.

BÜTÜN XƏBƏRLƏR
ARXİV
FACEBOOK