6 Dekabr 2017, 14:30
461
Kamran komandasından göndərildi

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev şərəfini qoruğu Çexiya “Mlada”sından göndərilib. Sportlife.az bildirir ki, bu barədə məlumatı Çexiya mətbuatı yayıb.

35 yaşlı qolkiperin klubla müqavilə müddəti mövsümün sonuna qədər olsa da, o, komandada cəmi 5 ay qala bilib. Rəhbərliyin bu qərarının səbəbi kimi Kamranın məşqçilər korpusunun ümidini doğrultmaması göstərilib.

Çexiya çempionatında cəmi 5, ölkə kubokunda isə 2 matçda çərçivəni qoruyan yığmamızın üzvü passivinə 1 qırmızı vərəqə yazdırıb.

Qeyd edək ki, Kamran Ağayev ötən mövsüm “Boavişta”dan ayrıldıqdan sonra iyul ayında “Mlada” ilə müqavilə imzalamışdı.